SİYASƏT
AZƏRBAYCANIN SƏFİRİ ETİMADNAMƏSİNİ KAMBOCA KRALINA TƏQDİM ETMİŞDİR
Bakı, 14 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Kamboca Krallığında səfiri Tahir Kərimov etimadnaməsinin Kambocaq Kralı Preah Bat Samdeç Preah Boromneath Norodom Sihamoniyə təqdim etmişdir. Kral etimadnaməni qəbul etmiş və səmimi salamlarını, Azərbaycan Respublikasına və onun xalqına tərəqqi arzularını Prezident İlham Əliyevə çatdırmağı səfirdən xahiş etmişdir.
Səfir Krala Azərbaycan rəssamı Hüseyn Bağırovun “Köhnə Bakı” rəsm əsərini hədiyyə etmiş, ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərdən söhbət açmışdır.
T.Kərimov Kambocaya səfəri çərçivəsində bu ölkənin təhsil naziri İm Sothy, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirliyinin dövlət katibi xanım Sun Saphoeun ilə də görüşmüşdür.
Görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunmuşdur.
######