Türkiyənin bəzi bölgələrində yerli özünüidarə orqanlarına təkrar seçkilər keçirilir
İstanbul, 2 iyun, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Yüksək Seçki Komissiyası (YSK) bu il martın 31-də ölkədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin bəzi bölgələrdə yenilənməsinə qərar verib.
AZƏRTAC xəbər verir ki, buna əsasən Türkiyənin Şanlıurfa, Kayseri, Kırklareli və Sivas vilayətlərinin Hilvan, Pınarbaşı, Büyükkarıştıran və Güneykaya bölgələrində, eləcə də Edirnenin Umurbey səmtində təkrar seçkilər keçirilir.
Səsvermə 50 minə yaxın vətəndaşı əhatə edir. Bu məqsədlə qeyd edilən bölgələrdə 300-dən çox seçki qutusu quraşdırılıb.
Səhər saatlarında başlayan seçki yerli vaxtla saat 17:00-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]