İDMAN
Azərbaycanın Şimali İrlandiya və Rusiya ilə futbol oyunlarına biletlərin satışı davam edir
Bakı, 24 sentyabr (AZƏRTAC). 2014-cü ildə futbol üzrə dünya çempionatının Azərbaycan-Şimali İrlandiya (oktyabrın 11-i) və Azərbaycan-Rusiya (oktyabrın 15-i) seçmə oyunlarına biletlərin satışına başlanmışdır.
Xatırladaq ki, azarkeşlərin bu oyunlardan birinə, eləcə də sərfəli qiymətlə hər iki oyuna bir bilet əldə etmək imkanı vardır.
Məsələn, Azərbaycan-Şimali İrlandiya oyununa birinci kateqoriyalı biletlərin qiyməti 6 manat, Azərbaycan-Rusiya oyununa isə 10 manatdır. Hər iki oyuna vahid bilet alan azarkeş cəmi 12 manat ödəyəcəkdir.
İkinci kateqoriyalı biletlər müvafiq olaraq, 4, 8 və 10 manat dəyərindədir. Vahid biletlərin sayı məhduddur.
VİP lojaya biletlər 50 manata (Şimali İrlandiya ilə oyun) və 100 manata (Rusiya ilə oyun) başa gələcəkdir.
Biletləri hər iki oyunun keçiriləcəyi “Bakcell Arena”nın kassalarından, eləcə də “Park Bulvar” və “28 Mall” ticarət mərkəzlərindən almaq olar.