Tbilisi şəhərindəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Tbilisi, 28 may, AZƏRTAC
Mayın 28-də Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür parkında - Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərinə bürünüb.
AZƏRTAC xəbər verir ki, teleqüllə və körpü 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb.
Azərbaycan bayrağının rəngləri olan mavi, qırmızı və yaşıl rəngdə işıq saçan televiziya qülləsi və “Sülh körpüsü” şəhərə xüsusi bir rəng - gözəllik verib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi