Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın tarixinə daha bir şanlı səhifə daxil oldu – Daşları yerinə oturtmağın vaxtıdır - ŞƏRH

Azərbaycanın tarixinə daha bir şanlı səhifə daxil oldu – Daşları yerinə oturtmağın vaxtıdır - ŞƏRH

Budapeşt, 21 sentyabr, Vüqar Seyidov, AZƏRTAC

Sentyabrın 19-u dövlətimizin ən yeni tarixinə daha bir şanlı səhifə kimi daxil olacaq. Həmin gün Azərbaycanın Qarabağ iqtisadi rayonunun ermənilər tərəfindən məskunlaşmış hissəsində həyata keçirilən lokal xarakterli antiterror tədbiri tarixə qızıl hərflərlə yazıldı! İyirmi dörd saatdan az bir müddətdə (bu, dünya tarixində rekord sayılır) Ermənistan silahlı qüvvələrinin hissələrinə (Ermənistan həmin hərbi birləşmələrinin ona məxsus olduğunu inkar edirdi) və terrorçulara elə bir zərbə endirildi ki, onların gələcəkdə müqavimət göstərməsinin heç bir mənası qalmadı, ermənilər üçün yeganə çıxış yolu isə öz həyatlarını xilas edərək ağ bayraq qaldırmaq oldu.

AZƏRTAC xəbər verir ki, görülmüş tədbirlər nəticəsində hələ də silahlı yaramazların gəzdiyi və dinc erməni əhalisini təhdid altında saxladığı Azərbaycan ərazisindəki rayonlar üzərində dövlətimizin suverenliyi bərpa olundu.

Qeyd etmək lazımdır ki, bu tədbirlər relyef baxımından çox mürəkkəb bir yerdə həyata keçirildi və Azərbaycanın güc strukturlarından yüksək məharət və peşəkarlıq tələb olunurdu. Bu keyfiyyətlər tam miqyası ilə nümayiş etdirildi və terrorçuların bir sutkadan da az müddətdə təslim olmaları xüsusi təyinatlı qüvvələrin və həmin tədbirlərə cəlb olunmuş digər qoşun növlərinin yüksək hazırlıq dərəcəsinin bariz nümunəsi oldu. XXI əsrə xas olan ildırımsürətli və yüksək texnologiyalı əməliyyatların nümunəsi bir daha bütün dünyaya nümayiş etdirildi. Azərbaycan Silahlı Qüvvələri göstərdi ki, 44 günlük müharibənin başa çatmasından dərhal sonra böyük işlər görülüb, hərbçilərimiz mürəkkəb “ev tapşırığını” yerinə yetirib, dövlətin milli təhlükəsizliyinin təmin olunması üzrə ən gözlənilməz vəzifələrin həllinə də hazır olublar.

Xüsusilə vurğulamaq lazımdır ki, dinc əhaliyə vurulan zərər nəinki minimum, həm də sıfır səviyyəsində olub. Azərbaycan Ordusunun rəhbərliyi Ali Baş Komandandan bir nəfər belə mülki şəxsin və mülki infrastrukturun zərər görməməsi üçün maksimal ehtiyatlılığa riayət olunması tapşırığını alıb. Sonra bu barədə hərbi qulluqçulara müvafiq əmr göndərilib. Tapşırıq tam şəkildə, necə deyərlər, “müsbət 5” qiymətlə yerinə yetirilib. Əlbəttə, ermənilərin cəfəng xəbərlər yayan bütün mənbələri “dəhşətli hadisələr” barədə əvvəlcədən hazırlanmış hansısa mətnlər dərc etməyə başladılar. Lakin gülməlidir ki, erməni oxucularının özləri də yazdıqları şərhlərdə həmin uydurma iddialara təkzib yazdı və redaktorlardan şayiələr yaymamağı xahiş etdilər.

Antiterror tədbirləri erməni terrorçularının havadarlarının diplomatik kanallarla Bakıya görünməmiş təzyiqi şəraitində və erməni lobbisi tərəfindən maliyyələşdirilən KİV-lərin növbəti qarayaxma kampaniyası fonunda həyata keçirilirdi. Lakin özünün haqlı mövqeyinə əmin olan Azərbaycan əsgəri əmri şərəflə yerinə yetirdi və Ali Baş Komandanın şanlı Ordumuz qarşısında qoyduğu hədəflərə nail oldu. Terrorçular böyük itkilər verdi, yüzlərlə silahlı yaramaz zərərsizləşdirildi, onlarla texnika vahidi məhv edildi, qalan silahları isə onlar qaldırdıqları ağ bayraqla birlikdə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verməli olacaqlar.

Soruşmaq lazımdır, işləri bu dərəcəyə çatdırmaq nəyə lazım idi? Məgər əvvəlcədən bilmək olmazdı ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndi yerinə yetirilməmiş qalır və bu, əbədi olaraq davam etməyəcək. Bakı Ermənistandan daim bu bəndin yerinə yetirilməsini tələb etməyəcək və günlərin birində çoxsaylı xəbərdarlıqlar onlar üçün bu cür xoşagəlməz tədbirlərə gətirib çıxaracaq! Bunu dərk etmək çox çətin deyildi. Növbəti dəfə görürük ki, erməni rəhbərliyinin həm özünün korafəhmliyi və yeni “müttəfiqlər”, habelə “havadarlar” tapılması üzrə yanlış hesabları ölümlərə və anaların, qadınların və uşaqların göz yaşlarına səbəb olur. Məgər bu tədbirlər olmadan silahları təhvil vermək və öz həyatını qorumaq olmazdımı?

Mövcud olmayan “dövlətin” qondarma “prezident” seçkiləri, Ermənistanın baş nazirinin guya özünün də bir neçə dəfə açıq şəkildə imtina etdiyi (görünür qeyri-səmimi imtina edib) saxta rejimin yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu gərginliyi artıran yeni amil oldu. O, bir dəfə də Xankəndində mitinqdə çıxışı zamanı çox təhlükəli fikir söyləmişdi və sonra hər bir azərbaycanlı üçün müqəddəs olan Cıdır düzündə sərxoş vəziyyətdə rəqs etmişdi. Əgər bu “prezident” bir-iki həftədən sonra ağ bayraq qaldıracaqdısa, onda həmin mənasız seçkiləri keçirmək nəyə lazım idi? Üçtərəfli Bəyanatın 4-cü bəndini həyata keçirmək üçün Bakını güc tətbiq etməyə vadar edən amil kimi separatçıların ildönümü ilə bağlı təbrik kimə lazım idi? İnanmıram ki, erməni siyasətçilər özləri bu suallara cavab verə bilsinlər.

İndi Qarabağ ermənilərinin həyatında yeni səhifə açılır, onlar 30 il ərzində bu ərazilərin təbii ehtiyatlarını qarət etmək və dinc əhalini talamaq üçün öz məqsədlərini həyata keçirən xuntanın əsarətindən tezliklə xilas olacaqlar. Qarabağa qayda-qanun və Azərbaycan Konstitusiyasının müddəaları qayıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin dünən xalqa müraciətində yenidən qeyd etdiyi kimi, dövlətimizin tamhüquqlu vətəndaşları olan Qarabağ erməniləri həyata keçirilən antiterror tədbirlərindən ən çox xeyir görən insanlardır. Məhz indi, Azərbaycanın hüquqi məkanına qayıtdıqları bir vaxtda, onlar Azərbaycanda yaşamağın nə olduğunu görəcəklər, “Azərbaycan vətəndaşı” fəxri adının bütün güzəştlərindən faydalanacaq, ciblərində Azərbaycan pasportu ilə dünyaya səyahət edəcək, darmadağın olmuş erməni ordusunun əvəzinə Müzəffər Azərbaycan Ordusunda xidmət etmək şərəfinə nail olacaqlar. Onların qarşısında əvvəllər görmədikləri imkanlar açılacaq. Bu şəxslərdən tələb olunan isə bir vətəndaş kimi, dövlətimizin qanunlarına hörmət etməkdir. Azərbaycanda yaşayan başqa etnik və dini qrupların nümayəndələrinin etdiyi kimi.

Bu gün Yevlaxda dialoq aparılır. Həmin dialoq bir vaxtlar Azərbaycanın Xocalı şəhərində keçirilib və sonra erməni separatçılarının və onların havadarlarının günahı üzündən dayandırılıb. Bu, Qarabağ ermənilərinin həyatında yeni səhifənin başlanğıcı olacaq.

Əgər proses davam edərsə, onda Ermənistanla sülh sazişinin tezliklə imzalanmasının yolu da açılacaq. Qisasçılıq tarixin zibilliyinə atılmalıdır. Yalnız Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olan şərtlərinin yerinə yetirildiyi təqdirdə regionda sülh və tərəqqi hökm sürəcək. Azərbaycan dövlətinin başçısı bu barədə özünün dünənki çıxışında vurğulayıb.

Uzaq Avropada və okeanın o tayında olan qara qüvvələr sülh prosesinə çomaq soxmaqda davam edirlər. Yaxşı olar ki, İrəvan həmin tərəfə baxmasın. Çünki onun bugünkü bəlaları da məhz onlardan gəlir. Ermənistan uzaq “məsləhətçilərin” xidmətlərindən nə qədər tez imtina edərsə, Cənubi Qafqazda möhkəm sülh də o qədər tez bərqərar olar.

İndi isə nə vaxtsa atılmış daşları yığmaq vaxtıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb