AZƏRBAYCANIN TURİZM SAHƏSİNDƏ GENİŞ İMKANLARI VAR
K.Markelovun sözlərinə görə, QİƏT PA Baş Assambleyasının Sankt-Peterburqda keçirilmiş əvvəlki iclasında Qara dəniz hövzəsi dövlətləri turizm sahəsinin inkişafı ilə bağlı məsələləri müzakirə etmişlər. O demişdir: “Azərbaycanın turizm sahəsində çox geniş imkanları və Xəzər hövzəsi ölkələri arasında iqtisadiyyatın bu sahəsinin inkişafı üçün böyük potensialı var”. Parlament üzvü ümidvar olduğunu bildirmişdir ki, Rusiya və Azərbaycan turizm sahəsində qarşılıqlı fəaliyyəti həm ikitərəfli əsasda, həm də QİƏT PA çərçivəsində gücləndirməyə müvəffəq olacaqlar. O demişdir ki, Xəzər dənizində teploxodla turizm səyahətlərini bərpa etmək lazımdır. Xəzər dənizi və Qara dəniz regionları turizm sahəsinin inkişafı üçün kifayət qədər cəlbedicidir və bu istiqamət QİƏT dövlətlərinin hamısına böyük gəlir gətirəcəkdir.
QİƏT ölkələrində turizmin inkişafı məsələləri QİƏT PA-nın İqtisadi Komitəsinin bu ilin payızında Türkiyədə keçiriləcək xüsusi iclasında ətraflı müzakirə olunacaqdır. Markelov demişdir: “Biz güman edirik ki, QİƏT-in bütün ölkələri, o cümlədən Rusiya və Azərbaycan bu iclasa turizm biznesi ilə məşğul olan peşəkarlar aparacaqlar, çünki bu, qarşılıqlı surətdə faydalı və kifayət qədər perspektivli əməkdaşlıqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [21:17]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [20:35]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [20:00]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [19:30]
“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar
- 02.10.2026 [19:23]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [19:18]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [19:15]