Azərbaycanın U-19 komandası yoldaşlıq oyununda belaruslu həmyaşıdlarına qalib gəlib
Bakı, 1 avqust, AZƏRTAC
Bakıda təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb.
U-19-un qollarını 44-cü dəqiqədə Qurban Səfərov və 56-cı dəqiqədə penaltidən Nəriman Axundzadə vurublar.
Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilmiş ilk oyun millimizin 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi.