AZƏRBAYCANIN VƏ RUSİYANIN ƏDLİYYƏ NAZİRLİKLƏRİ UĞURLA ƏMƏKDAŞLIQ EDİRLƏR
Z.Qafarov demişdir ki, Azərbaycanla Rusiya arasında əməkdaşlıq “Mülki işlər, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” (1992-ci il), “Məhkum şəxslərin cəzasını çəkməsi üçün verilməsi haqqında” (1994-cü il) və “Hüquqi informasiya mübadiləsi haqqında” (1994-cü il) ikitərəfli müqavilələr əsasında həyata keçirilir. O vurğulamışdır ki, ölkələrimizin hüquqi yardım üzrə qarşılıqlı fəaliyyəti “Mülki işlər, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyası və “Məhkumların cəzaçəkmə müddətini davam etdirmək üçün göndərilməsi haqqında” 1993-cü il tarixli 1998-ci il tarixli Moskva Konvensiyası ilə tənzim olunur.
Tərəflər həmin sənədlər əsasında bir-birinə hüquqi yardım göstərir, informasiya mübadiləsi aparır və dövlətlərimiz arasında hüquqi münasibətləri tənzimləyirlər.