AZƏRBAYCANIN YENİYETMƏ FUTBOLÇULARI QAZAXISTAN MİLLİSİ ÜZƏRİNDƏ QƏLƏBƏ QAZANMIŞLAR
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsinin Bakıda təşkil olunan 1-ci qrupunun oyunlarını qələbə ilə başa vurmuşdur.
Son oyunda Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə rəqibini məğlubiyyətə uğratmışdır.
Hesabı 46-cı dəqiqədə Ruslan Tağızadə açmışdır. Üç dəqiqə sonra Qazaxıstan futbolçusu Nikita Utrobinin fərqlənməsi sayəsində hesab bərabərləşmişdir. 72-ci dəqiqədə Hacı Əhmədov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə yığmamızı hesabda yenidən irəli çıxarmışdır. Qarşılaşmanın 80-ci dəqiqəsində vurulan son qolun müəllifi isə Abdulla Abatsiyev olmuşdur.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən digər oyunda ingiltərəli futbolçular serbiyalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub etmişlər.
Bu oyunlardan sonra İngiltərə yığması qrup qalibi kimi növbəti mərhələyə vəsiqə qazanmışdır. Məğlub olmasına baxmayaraq, ikinci pilləni tutan Serbiya yığması da növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:59]
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO
- 17.10.2026 [21:39]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]