Azərbaycanlı cüdo hakimi Avropa Kubokunun final görüşünü idarə edib
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycanlı cüdo hakimi Mətin Rəhimli Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun final görüşünü idarə edib.
AZƏRTAC xəbər verir ki, M.Rəhimli 48 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın cüdoçular arasında final görüşünün əsas hakimi olub.
Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunub.