Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı deputat: Ermənistan təmsilçilərinin insan hüquqlarından danışmağa haqları yoxdur

Azərbaycanlı deputat: Ermənistan təmsilçilərinin insan hüquqlarından danışmağa haqları yoxdur

Strasburq, 27 iyun, AZƏRTAC

Avropa Şurası, AŞPA rəhbərləri Ermənistanın yeni rəhbərliyindən bu ölkənin işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmasını tələb etməlidir.

Bu fikri Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-nın yay sessiyasında sərbəst müzakirələr zamanı söyləyib.

Milli Məclisin deputatı deyib: “Bir neçə gün əvvəl Azərbaycan və Türkiyə qədər Avropanın enerji təhlükəsizliyi üçün də önəmli olan TANAP layihəsinin açılışı oldu. Azərbaycanın və Türkiyənin liderliyi ilə bu önəmli layihənin reallaşması yaxın gələcəkdə Azərbaycan qazının Avropaya nəqli üçün mühüm bir addımdır. Enerji təhlükəsizliyi hər bir ölkəni, Avropa ölkələrini də ciddi maraqlandıran və narahat edən bir məsələdir. Azərbaycan avropalı tərəfdaşları ilə birlikdə, sadəcə, özünün deyil, Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verən layihələr həyata keçirir. Bundan bir müddət əvvəl isə Azərbaycanın liderliyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat layihəsi istifadəyə verildi. Amma çox təəssüf ki, bu böyük layihələri reallaşdıran Azərbaycanın torpaqlarının hələ də 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistanın 25 ildən artıqdır ki, işğalı davam etdirməsi və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməməsi çox həssas bölgədə gərginliyi daha da artırır. Ermənistanın əvvəlki rəhbərliyi, cinayətkar Sarkisyan rejiminin BMT Təhlükəsizlik Şurası, AŞPA qətnamələrinə məhəl qoymayaraq işğal etdiyi torpaqları azad etməkdən imtina etməsi Cənubi Qafqaz kimi Avropa üçün də önəmli bir bölgədə gərginliyi daha da artırıb. Biz assambleyamızı, Avropa Şurası və Parlament Assambleyasının rəhbərliyini çağırırıq ki, Ermənistanın yeni rəhbərliyi ilə görüşlərdə, müzakirələrdə bu məsələni xüsusi diqqətdə saxlasınlar və Ermənistanın yeni rəhbərliyindən Sarkisyan rejiminin cinayətlərini davam etdirməməsini və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsini tələb etsinlər. Biz assambleyamızı, təşkilatın rəhbərliyini AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnaməni, Sərsəng su anbarı ilə bağlı qətnaməni, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmələri üçün Ermənistanın yeni rəhbərliyinə çağırış etməyə çağırırıq. Assambleyamız Ermənistanın yeni rəhbərliyini bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsinə imkan verməyə çağırmalıdır və bunu tələb etməlidir. Ermənistanın işğalçı və cinayətkar rejimi - Sarkisyan rejimi Avropa Şurası Parlament Assambleyasının çağırışlara məhəl qoymayaraq qanunsuz yolla girov saxladıqları və işgəncə verdikləri azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyib. Assambleyamız Ermənistanın yeni rəhbərliyindən bu qanunsuz əməlləri davam etdirməməyi və azərbaycanlı girovları azad etməyi tələb etməlidir. Eyni zamanda, AŞPA Ermənistanın yeni rəhbərliyini ermənilərin Suriyadan Ermənistana deyil, işğal edilmiş Azərbaycan torpaqlarına köçürülməsi kimi qeyri-qanuni, gərginliyi daha da artıran əməlləri davam etdirməməyə çağırmalıdır. AŞPA bu məsələləri Ermənistanın yeni rəhbərliyi qarşısında ciddi şəkildə qaldırmalı və assambleyanın qəbul etdiyi qərarları yerinə yetirməsini tələb etməlidir. Avropa üçün çox vacib bir bölgə olan Cənubi Qafqaz bölgəsində gərginliyin azalması, sabitliyin və təhlükəsizliyin yaranması Ermənistanın işğal etdiyi torpaqları geri qaytarmasından keçir. Biz assambleyamızı qəbul etdiyi qərarlara hörmətlə yanaşmağa və onların həyata keçməsi üçün ciddi addımlar atmağa çağırırıq. Ermənistan təmsilçilərinin fikirlərinə gəlincə, işğalçı bir ölkənin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün insan haqlarını pozaraq onların öz evlərinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçilərinin burada bizə insan haqlarından danışması absurddur. Onlara söyləmək istəyirəm ki, sizin bu mövzularda burada danışmaq üçün haqqınız yoxdur”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB