Azərbaycanlı futbolçunun komandası “Qalatasaray”a qalib gəlib
Bakı, 11 noyabr, AZƏRTAC
Futbol üzrə Türkiyə Super Liqasında XII turun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı “Qalatasaray” Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” klubunun qonağı olub və rəqibinə 1:2 hesabı ilə uduzub.
Matçda ilk qolu 14-cü dəqiqədə meydan sahiblərindən Riqoberto Rivas vurub. 35-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Vilfrid Zaha hesabı bərabərləşdirib. 55-ci dəqiqədə isə Didye Lamkel Ze Hatay təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub.
Meydana start heyətində çıxan R. Dadaşov 87-ci dəqiqədə əvəzlənib.
Bu qələbə ilə xallarını 17-yə çatdıran “Hatayspor” 9-cu pilləyə yüksəlib. “Qalatasaray” isə 31 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, günün digər matçlarında “Kayserispor” “Kasımpaşa”ya 4:3, “Qaziantep” “Alanyaspor”a, “Karagümrük” isə “Sivasspor”a 3:0 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]