Azərbaycanlı marafonçu Parisdə medala layiq görülüb
Paris, 9 aprel, AZƏRTAC
Parisdə 41-ci marafon qaçışı keçirilib. Marafonda ölkəmizi Elşən Quliyev təmsil edib.
146 ölkədən 57 min iştirakçının qatıldığı və “Yelisey Çölləri” küçəsindən start verilən marafon 42,195 kilometr məsafəni əhatə edib. Bastiliya meydanı, Məryəm Ana kilsəsi, Konkord meydanı, Eyfel Qülləsi və Bulony meşəsindən keçən marafon paytaxtın mərkəzində başa çatıb.
42,195 km məsafəni qət edib finişə çatan Elşən Quliyev digər atletlərlə birgə medala layiq görülüb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris