“Azercell” “Hədiyyəli Balans” kampaniyası həyata keçirir
Bakı, 12 mart, AZƏRTAC
“Azercell Telekom” Novruz bayramı ərəfəsində abunəçiləri üçün sərfəli kampaniyalar təqdim etməkdə davam edir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Azercell Telekom” bu dəfə SimSim abunəçiləri üçün 2016-cı il martın 7-dən 2017-ci il martın 5-dək "Azercell”dən Hədiyyəli Balans” kampaniyası həyata keçirir. Kampaniya çərçivəsində SimSim abunəçiləri hər gün 1000 AZN, hər həftə 10 min AZN və hər ay Super Priz - 25 min AZN qazanmaq imkanı əldə edəcəklər. Ümumilikdə, kampaniyanın uduş fondu 1 027 000 AZN təşkil edir.
Kampaniya çərçivəsində hər bir iştirakçı www.hediyyelibalans.az web-saytına daxil olmaqla, lotereyanın şərtləri, tirajların qrafiki və qaliblər barədə məlumatlarla tanış ola bilər. Bundan əlavə, iştirakçılara mağazalar şəbəkələrindən endirim və güzəştlər də təklif olunacaq.
Kampaniyanın şərtləri ilə tanış olmaq istəyənlər daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilər.