“Azercell” yeni Kombo tarif paketini istifadəyə verib
Bakı, 3 fevral, AZƏRTAC
“Azercell Telekom” fakturasız xətt abunəçiləri üçün İki paketden (Kombo 8 və Kombo 16) ibarət tarif paketini istifadəyə verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu paketlərdə dəqiqə, internet və SMS eyni paketdədir. Abunəçilər həmin paketlərə ayda bir dəfə qoşulmaqla, danışıq dəqiqələrini, SMS və Mobil Internet paketini bir dəfəyə ala biləcəklər. Bununla yanaşı, abunəçilər mobil xərclərinə ən azı 40 faiz qənaət edəcəklər. Kombo paketlərində danışıq dəqiqələri, internet və SMS həcmlərinə görə ümumi paket qiyməti, bu həcmlərə ayrı-ayrılıqda verilən bütöv məbləğdən ən az 40 faiz endirimlə təklif olunur.
Paketlərin daha bir üstünlüyü isə şəbəkədaxili SMS-in limitsiz olmasıdır. Yəni, bu tarif paketinə qoşulan abunəçilər ay ərzində istədikləri qədər pulsuz şəbəkədaxili SMS göndərmək imkanı qazanırlar.
Paketlər hər ay avtomatik yenilənir və bununla da abunəçiyə həm ay ərzində mobil istifadə üçün lazım olan hər şeyi bir dəfəyə almaq rahatlığı yaradır. Bu paketlər abunəçilərə, həm də onlara ay ərzində telefon xərclərini idarə etmək imkanı verir. Bu tarifin daha bir üstünlüyü ondan ibarətdir ki, ay ərzində paketdaxili həcmlər 30 gündən tez bitərsə, abunəçilər endirimli əlavə internet və əlavə şəbəkədaxili dəqiqə paketlərindən istifadə etmək imkanı əldə edir. Kombo tarif paketinə qoşulmaq üçün abunəçilər Kombo 8 və ya Kombo 16 açar sözünü yazıb 7575-ə göndərməllidirlər.
Maraqlanalar daha ətraflı məlumat üçün [email protected] internet ünvanına müraciət edə bilərlər.