“AZƏRDƏMİRYOLBANK”IN YENİ FİLİALLARI AÇILACAQDIR
“AzərDəmiryolBank” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin sonunadək bankın Bərdə və Masallıda daha iki regional filialının açılması planlaşdırılır.
Filiallar müştərilərə tam çeşiddə bank xidmətləri göstərəcəkdir.
Hazırda “AzərDəmiryolBank”ın 30-a yaxın filial və şöbəsi fəaliyyət göstərir.