Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRENERJİ” SƏHMDAR CƏMİYYƏTİNİN PREZİDENTİETİBAR PİRVERDİYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident,

Hörmətli mərasim iştirakçıları,

Xanımlar və cənablar!

Ümummilli liderimiz Heydər Əliyevin əsəri olan müstəqil dövlətimizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni bir dövr başlanmışdır. Ulu öndərimizin yaratdığı möhkəm bünövrə üzərində aparılan genişmiqyaslı, möhtəşəm quruculuq işləri sayəsində Azərbaycan zəngin və çiçəklənən bir ölkəyə çevrilməkdədir. Möhtərəm cənab Prezident, iqtisadi artım sürətinə görə ölkəmizin dünyada lider olması, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməsi Sizin qətiyyət və ardıcıllıqla davam etdirdiyiniz Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Bu nailiyyətlər dövlətimizin və xalqımızın gələcəyinə möhkəm təminat olmaqla, milli iqtisadiyyatımızın bütün sahələri, o cümlədən elektrik energetikası qarşısında yeni perspektivlər açır.

Möhtərəm Prezident, Sizin layihələşdirdiyiniz bu strategiya icra edilir və bəhrəsini verir. Respublikamızın şimal bölgəsinin enerji təchizatını əsaslı surətdə yaxşılaşdıracaq Xaçmaz elektrik stansiyasının nəzərdə tutulan müddətdə tikilib işə salınması bunun bariz təzahürüdür. Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq, xüsusən payız-qış mövsümündə müşahidə olunan enerji qıtlığını aradan qaldırmaq məqsədi ilə respublikanın beş bölgəsində inşasına qərar verdiyiniz elektrik stansiyalarından üçüncüsü də Sizin tərəfinizdən bu gün milli energetika sisteminə qoşulmuşdur. Həmin stansiyalardan birincisi bu ilin fevral ayında Astarada, ikincisi oktyabr ayında Şəkidə Sizin tərəfinizdən enerji sisteminə qoşulmuşdur. Belə xoş hadisəni yaxın günlərdə Naxçıvanda da qeyd edəcəyik. Orada gücü 87 meqavat olan stansiyanın tikintisi başa çatmaqdadır. 104 meqavatlıq beşinci stansiya isə Bakıda inşa edilir, ilin sonuna qədər tikinti-quraşdırma işləri başa çatdırılacaqdır. Beləliklə, 16 ay ərzində 5 stansiya tikilib istifadəyə veriləcəkdir ki, bunların da ümumi gücü 450 meqavatdan artıq olacaqdır.

40 hektar sahəni əhatə edən Xaçmaz stansiyasının ərazisində 2007-ci ilin əvvəlində 330 kilovoltluq yardımçı stansiyanın da inşasına başlanacaqdır. Xaçmaz elektrik stansiyasında ən müasir texnologiyalar əsasında istehsal olunmuş avadanlıq quraşdırılmışdır. Elektron idarəetmə sistemi aqreqatların istismarını sadə və asan edir. Bu aqreqatlar qısa müddətdə işə qoşula və dayandırıla bilər. İstehsal zamanı atmosferə buraxılacaq tullantıların həcmi minimumdur. Bir kilovat-saat elektrik enerjisi istehsalına 0,23 kubmetr qaz və yaxud 267 qram şərti yanacaq sərf olunur. Müqayisə üçün demək istərdim ki, bizdə energetika sistemi üzrə orta sərfiyyat 370 qram, yəni bu stansiyadakından 100 qram çoxdur. Stansiyanın işləməsi üçün təbii qazın 6 atmosfer təzyiqində verilməsi kifayətdir. Müqayisə üçün bildirim ki, bu, buxar-qaz qurğularına verilən qazın təzyiqindən 4 dəfə aşağıdır. Yardımçı stansiyada ümumi gücü 125 meqavolt-amper olan 5 ədəd transformator quraşdırılmışdır. Ümumi sahəsi 2700 kvadratmetr olan inzibati binada rahat və əlverişli iş şəraiti yaradılmışdır. Qovşağın ərazisində müasir tələblərə cavab verən vertolyot meydançası inşa edilmiş, ümumi uzunluğu 1 kilometrdən çox olan drenaj kanalları çəkilmişdir.

1 kilometr asfalt yollar və ağır yüklərin gətirilməsi üçün köməkçi yollar çəkilmişdir. Stansiyanın texniki və içməli su ilə təminatı üçün artezian quyuları qazılmışdır. 30 min kvadratmetr sahəyə asfalt döşənmiş, ərazini yaşıllaşdırmaq üçün 12 min ağac əkilmişdir. Stansiyanı ölkənin energetika sistemi ilə birləşdirmək üçün 15 kilometr uzunluğunda 110 kilovoltluq yeni elektrikötürücü xətlər, qaz təchizatı üçün 5 kilometr qaz xətti çəkilmiş, yeni qazpaylayıcı stansiya istifadəyə verilmişdir.

Tikintidə 500-ə qədər işçi çalışmışdır. Fəaliyyətə başladıqdan sonra isə daimi işçi heyətinin ümumi sayı 200 nəfərdən çox olacaqdır. Stansiyanın faydalı iş əmsalı 46 faizdir. Burada il ərzində 600 milyon kilovatdan çox elektrik enerjisi istehsal etmək mümkün olacaqdır. Müqayisə üçün demək istərdim ki, 2005-ci ildə Quba-Qusar-Xaçmaz rayonlarının ümumi tələbatı 580 milyon kilovat-saat olmuşdur. Bu rayonların qış aylarında maksimum tələbatı 100-105 meqavat, yay aylarında isə 75 meqavata yaxın olmuşdur. Stansiyanın istismara verilməsi ilə bu rayonları qidalandıran xətlərdəki itkilərin həcmi əhəmiyyətli dərəcədə azalacaq, elektrik enerjisinin keyfiyyət göstəriciləri xeyli yaxşılaşacaqdır.

Möhtərəm cənab Prezident, Sizin təşəbbüsünüz və bilavasitə rəhbərliyinizlə işlənib hazırlanmış digər enerji layihələrinin icrası üzrə işlər uğurla davam etdirilir. 2005-ci ilin avqust ayında icrasına start verdiyiniz 517 meqavatlıq Sumqayıt istilik elektrik stansiyasının tikintisi müəyyən edilmiş cədvəl üzrə aparılır. 2007-ci ilin sonu - 2008-ci ilin əvvəllərində istismara verilməsi nəzərdə tutulan bu stansiya Sumqayıt şəhərinin və ümumiyyətlə, Abşeron yarımadasının enerji təchizatının dayanıqlığını xeyli artıracaqdır. Səngəçal elektrik stansiyasının inşası üçün optimal texnologiyaların seçilməsindən ötrü 2005-2006-cı illər ərzində mütəxəssislər tərəfindən tədqiqatlar aparılmışdır. Bu tədqiqatlar nəticəsində Səngəçalda Finlandiyanın “Vartsila” şirkətinin istehsal etdiyi 300 meqavat gücündə yeni stansiyanın inşası məqsədəuyğun hesab edilmişdir. Digər stansiyalardan bunun fərqi ondadır ki, burada həm qaz, həm də mazut yanacağından istifadə olunacaqdır. Bu stansiya Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir.

Alternativ enerji mənbələrindən istifadə edilməsi sahəsində də müəyyən işlər görülür. Abşeronda külək enerjisi qurğuları və respublikanın bir sıra çayları üzərində su elektrik stansiyaları inşa etmək imkanları araşdırılır.

Möhtərəm cənab Prezident, energetiklərimiz onların fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıdan ruhlanaraq ölkəmizin sosial-iqtisadi inkişafına daha böyük töhfələr vermək əzmindədirlər. Əmin ola bilərsiniz ki, Sizin bütün tapşırıqlarınızı və tövsiyələrinizi layiqincə yerinə yetirəcəyik. İcazə verin, fürsətdən istfadə edərək, çıxışımın sonunda stansiyanın tikintisində əməyi olan hər kəsə öz minnətdarlığımı bildirim və stansiyanın işə salınması münasibətilə hamınızı təbrik edim. Diqqətinizə görə minnətdaram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükün təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO