“Azərpoçt” koronavirus infeksiyası ilə bağlı profilaktik tədbirləri davam etdirir
Bakı, 18 may, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirləri davam etdirir.
MMC-dən AZƏRTAC-a bildirilib ki, poçt filialları və şöbələrində, eləcə də “Şəbəkə” xidmət mərkəzlərində dezinfeksiya işləri gündəlik olaraq həyata keçirilir. Həmçinin “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzinin inzibati binası, xidməti otaqları, şöbələri və mərkəzdəki gömrük məntəqəsi dezinfeksiya olunur.
Əhali ilə birbaşa təmasda olan əməkdaşlar tibbi maskalar, əlcəklər və spirtlə təmin olunurlar. Eyni zamanda, geniş maarifləndirmə işləri aparılır.