“AzInTelecom” “Africa Tech” festivalında stendlə çıxış edir
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-dən 16-dək keçirilən “Africa Tech” festivalında “AzInTelecom” MMC-nin məhsul və xidmətləri beynəlxalq auditoriyaya təqdim edilir.
AZƏRTAC “AzInTelecom”a istinadla xəbər verir ki, stenddə sərgi iştirakçılarına və şirkətlərə MMC-nin bulud xidmətləri, SİMA rəqəmsal həllər platforması, eləcə də mobil operatorlar üçün göstərilən müxtəlif xidmətlər haqqında ətraflı məlumat verilir.
Əməkdaşlıq perspektivlərinin genişləndirilməsi məqsədilə sərgidə iştirak edən şirkətlərin rəhbər şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.