“B2B Azərbaycan-Gürcüstan-Qazaxıstan onlayn Forumu” keçiriləcək
Tbilisi, 8 may, AZƏRTAC
Bu gün Azərbaycan, Gürcüstan, Qazaxıstan iş adamları arasında “B2B Azərbaycan-Gürcüstan-Qazaxıstan onlayn Forumu” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Caspian Euorupean Club”un təşkilatçılığı ilə reallaşacaq forumda üç ölkədə fəaliyyət göstərən şirkətlərin top-menecer və təmsilçiləri, iqtisadi məsələlərə nəzarət edən beynəlxalq təşkilatların və diplomatik missiyaların nümayəndələri iştirak edəcəklər.
Forumda “Caspian European Club”un fəaliyyəti barədə məlumat təqdim olunacaq, şirkətlər xüsusi təqdimatlarla çıxış edəcək, biznes əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Qeyd edək ki, “Caspian European Club” artıq fəaliyyətinin 75 faizini onlayn rejimdə davam etdirir.
Hər gün onlayn formatda CEO, B2G, B2B, B2C forumlar təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:58]
Aqrar sektorda rəqəmsallaşma genişlənir və sığorta sistemi gücləndirilir
- 12.06.2026 [12:34]
Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib
- 12.06.2026 [12:29]