“Bakcell” yeni internet əyləncə portalını istifadəyə verib
Bakı, 29 fevral, AZƏRTAC
“Bakcell” şirkəti yeni internet əyləncə portalını istifadəyə verib. Yeni portal “Qoş və Coş” brend adı altında istifadəyə verilmiş ikinci xidmət olacaq.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, portalın məqsədi onlayn istifadəçiləri müxtəlif xidmətlərlə, o cümlədən qaynar təkliflər, oyunlar, musiqi, xəbərlər və məsləhətlər, EA oyunlar, M-təhsil, “Bakcell” futbol mərkəzi, İVR çat və bir sıra digər xidmətlərlə təchiz etməkdir.
Onlayn ziyarətçilər bu yeni internet səhifəsində hava şəraiti haqqında, horoskop, pəhrizlər, sağlamlıq, sevgi və digər mövzulara aid məlumat ala biləcəklər. Portal istifadəçilərə lotereya kampaniyaları (Qazandıran SMS, Fantasy Football, Sevincli Anlar) kimi təqdim olunan bir çox xidmətlərdən tam yararlanmaq imkanı verəcək. İstifadəçilər, həm də bu portaldan bir kliklə yükləmələr də edə biləcəklər.
Xəbərlər haqqında bildirişlər almaq üçün istifadəçilər portalda öz telefon nömrələrini və SMS vasitəsilə aldıqları təsdiq PİN kodunu daxil edərək portala abunə yazılmalıdırlar. Hər bir xidmət üçün abunə haqları və şərtləri barədə ətraflı məlumat müvafiq təkliflərin qarşısında təqdim edilib.
Portal haqqında daha ətraflı məlumatları http://eylence.bakcell.com/a internet səhifəsindən almaq olar.