“Bakcell”in yeni Klass tarifləri istifadəyə verilib
Bakı, 7 mart, Elvira Məmmədova, AZƏRTAC
“Bakcell”in yeni Klass tarifləri ilə abunəçilər “Whatsapp”a pulsuz çıxış və 3 dəfədən çox internet trafiki əldə edəcəklər. Biz müştərilərimizin sadiqliyini həmişə yüksək qiymətləndirir və yeni məhsullar yaradarkən daim onların maraqlarını nəzərə almağa çalışmışıq ki, gözləntilərini doğrulda bilək. Müştəri davranışı göstəricilərinin müşahidəsi göstərir ki, data xidmətlərinə olan tələbat getdikcə artır. Bu faktı nəzərə alaraq, biz eyni aylıq ödənişin müqabilində 3 dəfə artıq internet trafikini təqdim etməyə qərar verdik.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 7-də “Bakcell” şirkətində keçirilən təqdimat mərasimində şirkətin baş marketinq direktoru Maria Toyçeva bildirib. O, həmçinin deyib ki, müştərilərimizə Azərbaycanda bütün şəbəkələrə pulsuz zəng vurmaq imkanının verilməsi də ünsiyyət prosesini onlar üçün daha münasib və asan etmək üçün gördüyümüz səylərin nəticəsidir. İnanırıq ki, hər bir “Bakcell” abunəçisi ay ərzində istifadə etdiyi həcmə daha uyğun olan ən sərfəli tarifi asanlıqla tapa biləcək. Müştərilərimiz üçün daha bir yenilik “Whatsapp” tətbiqinə pulsuz mobil çıxış imkanıdır. Artıq hər bir Klass abunəçisi ödədiyi aylıq tarif haqqından asılı olmayaraq, mobil internet üçün pul ödəməyərək “Whatsapp” üzərindən ünsiyyətdə olmaq imkanına malik olacaq. Abunəçilərimizi daim ən sərfəli qiymətlər və ən üstün keyfiyyətli şəbəkə ilə təmin etmək üçün səylərimizi gələcəkdə də davam etdirəcəyik.
Digər çıxış edən şirkətin nümayəndələri də Klass tariflərinin üstünlüklərindən danışıblar. Qeyd edilib ki, “Bakcell” şirkəti yeni Klass tariflərini istifadəyə verməklə, mobil internetdən istədikləri qədər faydalanmaq üçün öz abunəçilərinə daha çox mobil internet trafikini böyük məmnuniyyətlə təqdim edir. Bununla yanaşı, abunəçilər təqdim olunan beş yeni tarif sayəsində səs xidmətlərindən istifadə edərkən vəsaitlərinə qənaət etmək və ünsiyyət qurmaq üçün əlavə imkanlar əldə edəcəklər.
Beş yeni Klass tarifi haqqında daha ətraflı məlumat üçün http://www.bakcell.com/klass/az/klass səhifəsinə daxil olmaq olar.