“Bakı-2017”: Taekvandoçumuz Patimat Abakarova finalda
Bakı, 17 may, Nihad Budaqov, AZƏRTAC
Taekvando yarışlarında 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Patimat Abakarova “Bakı-2017”nin qızıl medalı uğrunda yarışacaq.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz yarımfinalda iranlı Şalmei Sudabe Poursadiqini 15:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.