“Bakı-2017”nin atletika yarışlarında təmsilçilərimiz finalda mübarizə aparırlar
Bakı, 18 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində atletika yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında hündürlüyə və uzunluğa tullanma yarışlarının finalı keçirilir. Ölkəmizi hündürlüyə tullanma yarışında Aleksandra Biryukova və İlona Salyamova, uzunluğa tullanmada isə Yekaterina Sarıyeva və Yelena Pextireva təmsil edirlər.
Qadınlar arasında 200 metr məsafəyə qaçışda isə ölkəmizi Zəkiyyə Həsənova təmsil edəcək.
Yarışların üçüncü günündə, həmçinin kişilər arasında çəkicatma, 200 və 800 metr məsafəyə qaçış, 3000 metr məsafəyə maneələrlə qaçış yarışları keçirilir.