BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın elektron hərracları sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8266 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 1 624 608 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8266 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 1 965 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 1 624 608 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 280 714 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP-USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. BEHS-də banklar AVR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,88 faiz, ABŞ dolları üzrə isə 16,63 faiz təşkil etmişdir.
Mayın 15-də birjada kredit alətləri üzrə əqdlər bağlanmamışdır.