BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
AZƏRTAC xəbər verir ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, mayın 16-da USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8269 AZN olmuşdur.
Birjanın elektron hərracları sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8266 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 413 700 AZN məbləğində əqd bağlanmışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə 0,0008 bənd aşağı düşərək, 1 ABŞ dolları üçün 0,8274 AZN təşkil etmişdir.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 880 649 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8269 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, dollar alətləri ilə hərracların ümumi həcmi 1 565 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 1 294 349 AZN-ə bərabərdir. Bir əqdə 521 667 dollar düşmüşdür.
USD/AZN T+1 və T+2 alətləri və SWP_USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. BEHS-də banklar AUR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,81 faiz, ABŞ dolları üzrə isə 16,44 faiz təşkil etmişdir.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 15,50 faizlə 30 gün müddətinə 200 000 AZN məbləğində əqd bağlanmışdır.