İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 6 oktyabr (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) oktyabrın 6-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7870 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7869 AZN-ə bərabər olmuşdur.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 629.600 AZN məbləğində əqd qeydə alınmışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7870 AZN-ə bərabər olmuşdur.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 1.059.302 AZN məbləğində əqd qeydə alınmışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7870 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi məbləği 2,146 milyon ABŞ dolları, yaxud 1.688.902 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP-USD/AZN alətləri üzrə əqdlər qeydə alınmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,13 faiz, ABŞ dolları üzrə isə 12,94 faiz təşkil etmişdir.
Oktyabrın 6-da birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.