Bakı dairəvi dəmir yolunda elektrik təchizatı yenilənir
Bakı, 7 may, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamenti “Əsaslı Təmir” MMC tərəfindən Bakı dairəvi dəmir yolunda elektrik təchizatı yenilənir.
QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci ilin mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində işlər davam edir. Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də bir sıra istiqamətlərdə işlər aparılır.
Nərimanov stansiyasından Sabunçu stansiyasına qədər olan dəmir yolu xəttində 73 ədəd qəzalı kontakt şəbəkəsi dayaqları yenisi ilə əvəz olunub. Sabunçu stansiyasında 30 ədəd yeni kontakt şəbəkəsi dayağı qoyulub və 8 ədəd rigel quraşdırılıb eləcə də kontakt şəbəkəsi çəkilib və nizamlanıb.
Hazırda təmir işləri davam etdirilir.