Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi Qara Qarayevin ev-muzeyində olub
Bakı, 6 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi və tabeliyindəki qurumların əməkdaşları dünya şöhrətli bəstəkar, Xalq artisti, akademik Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə sənətkarın ev-muzeyində olublar.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, qonaqlara ev-muzeyi, bəstəkarın fəaliyyəti, yazdığı əsərlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Qara Qarayev bu mənzildə gəncliyini, tələbəlik illərini keçirib və ilk əsərlərini, o cümlədən “Yeddi gözəl” baletini burada yazıb.
Qeyd olunub ki, Qara Qarayev Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin və tanınmış rusiyalı bəstəkar Dmitri Şostakoviçin tələbəsi olub. Milli musiqimizi öz dövrünün avanqard bəstəkarlıq texnikası ilə uzlaşdıraraq mədəniyyətimiz tarixində yeni səhifə açıb.
Sonra ziyarətçilər muzeyin ekspozisiyasında bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar - sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, şəxsi əşyaları və istifadə etdiyi məişət əşyaları ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]