BAKI ŞƏHƏRİ ÜZRƏ TƏHSİL İDARƏSİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
BŞTİ müdirinin müavini Məhəmməd Bayramov, beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı çıxış edərək, paytaxtın ümumtəhsil məktəblərində aparılmış monitorinqin nəticələrindən danışmışlar. Bildirilmişdir ki, monitorinq zamanı ümumtəhsil ocaqlarında son 3 ildə əldə olunmuş tədris göstəriciləri, məktəblərin maddi-texniki bazası və s. ilə bağlı məlumatlar əldə edilmiş və araşdırılmışdır.
Natiqlər diqqətə çatdırmışlar ki, monitorinqin nəticələrinə həsr olunmuş müşavirədə təhsil naziri Misir Mərdanov Bakının bəzi ümumtəhsil müəssisələrində müəyyən mənfi hallar olduğunu qeyd etmiş və 31 (Yasamal rayonu), 137 (Sabunçu), 208 (Suraxanı), 206, 237 (Əzizbəyov), 277 (Nizami), 39 (Nərimanov) və 299 (Binəqədi) nömrəli məktəblərin direktorlarının işdə ciddi nöqsanlara yol verdiklərinə görə tutduqları vəzifədən azad olunduqlarını, 7 təhsil ocağının rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 3 təhsil müəssisəsinin direktoruna isə töhmət verildiyini söyləmişdir.
BBTİ–nin müdiri Nailə Rzaquliyeva paytaxtın ümumtəhsil ocaqlarında tədrisin səviyyəsini yüksəltmək üçün rəhbərlik etdiyi qurumda 2007-2010–cu illəri əhatə edən Fəaliyyət Proqramı hazırlandığını bildirmişdir.
Konfransda yeni məktəb binalarının, ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpusların tikintisi, təhsil ocaqlarının maddi–texniki bazasının möhkəmləndirilməsi və s. ilə bağlı həyata keçirilən tədbirlərdən də bəhs olunmuşdur.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]