ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri paytaxt məktəblərində olub
![](/files/galleryphoto/2022/3/1200x630/16655818644646349938_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655818643285048631_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva paytaxtdakı 216, 120 və 241 nömrəli tam orta məktəblərdə olub, təhsil müəssisələrinin rəhbərliyi, müəllimlər və şagirdləri maraqlandıran mövzular ətrafında müzakirələr aparıb.
AZƏRTAC xəbər verir ki, Mehriban Vəliyeva məktəblərin tədris şəraiti, tətbiq olunan yeniliklərlə tanış olub. Məktəb kollektivi ilə səmimi söhbət edən idarə müdiri onların fikirlərini dinləyib, müvafiq mövzularla bağlı tövsiyələrini verib. M.Vəliyeva tədris nailiyyətləri ilə yanaşı, xoşbəxt uşaqların yetişdirilməsi, məktəb-valideyn münasibətləri və sağlam məktəbdaxili mühitin formalaşdırılmasının zəruriliyini önə çəkib.
Qeyd edək ki, təhsili idarəetmə qurumları rəhbərlərinin məktəblərə öncədən planlaşdırılmadan baş çəkməsi, müəllim, şagird və valideynlərlə belə görüş və müzakirələri maraqla qarşılanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [20:19]
Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib
- 02.07.2024 [19:30]
Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış
- 02.07.2024 [17:56]
Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib
- 02.07.2024 [17:30]
AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq
- 02.07.2024 [16:52]