BAKIDA 14-CÜ BEYNƏLXALQ QİDA SƏNAYESİ SƏRGİSİ AÇILACAQDIR
AZƏRTAC xəbər verir ki, mayın 15-dən 17-dək Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində İteka Kaspian MMM və Böyük Britaniyanın İTE Group PLC şirkətlərinin birgə təşkilatçılığı ilə 14-cü Azərbaycan beynəlxalq qida sərgisi keçiriləcəkdir.
“Worldfood Azerbaijan-2008” sərgisində yeyinti məhsulları, içkilər və avadanlıq istehsal edən aparıcı xarici və yerli şirkətlər məhsullarını distribüter, diler və istehlakçılara təqdim edəcəklər. Sərgidə müxtəlif bölmələrdə ət, quş və dəniz məhsulları, qənnadı, çörək-bulka məmulatları, çay, qəhvə, meyvə, tərəvəz, dondurulmuş məhsullar, istehsalın, emalın və qablaşdırmanın iqtisadi səmərəliliyini xeyli artırmağa imkan verən müasir texnologiyalar nümayiş olunacaqdır. Yeyinti sənayesi sahəsində çalışan mütəxəssislər və iş adamları ən yeni istehsal xətləri texnologiyalarını xüsusi sərgi qiymətləri ilə əldə edə biləcəklər.
Sərgi Azərbaycanın Kənd Təsərrüfatı, İqtisadi İnkişaf nazirlikləri, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi dəstəyi ilə keçiriləcəkdir.
Tədbirdə Azərbaycanla yanaşı,Türkiyə, ABŞ, İspaniya, Ukrayna, Rusiya, Yaponiya, Belçika və digər ölkələrin şirkətləri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:18]
Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır
- 08.06.2026 [16:55]
® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb
- 08.06.2026 [16:43]