BAKIDA 7-Cİ BEYNƏLXALQ NƏQLİYYAT, TRANZİT VƏ LOGİSTİKA SƏRGİSİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 21-dən 23-dək Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində İteka Kaspian MMM və İTE Group PLC (Böyük Britaniya) şirkətlərinin birgə təşkilatçılığı ilə 7-ci beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi keçiriləcəkdir.
“TransCaspian-2008” sərgisində iştirakçılar avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatları sahələri, yükdaşıma şirkətləri, anbar avadanlığı, yol-tikinti texnikası, gömrük xidmətləri ilə və s. tanış olacaqlar. Onlar iri yerli və xarici nəqliyyat-logistika şirkətləri ilə kommersiya əlaqələri yaratmaq imkanı da qazanacaqlar.
Sərgi Azərbaycanın Nəqliyyat Nazirliyi, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən rəsmi dəstək almışdır.
Tədbirdə “AGT”, “AzərİnşaatServis”, “Azovmaş”, “Feldbinder”, “İmprotex Trucks”, “PHE Co”, “Semiplas”, ”KTC”, “AzVirt” və digər şirkətlər təmsil olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:18]
Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır
- 08.06.2026 [16:55]
® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb
- 08.06.2026 [16:43]