Bakıda avtobus sürücüsünə qarşı xuliqanlıq hərəkətləri törədən şəxs həbs edilib VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
İctimai nəqliyyatda sürücüyə qarşı xuliqanlıq hərəkətləri törədən şəxs həbs edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Məhkəməsi avtobus sürücüsünü vuran Abşeron rayon sakini 1993-cü il təvəllüdlü Anar Nehmətli ilə bağlı qərar çıxarıb.
Məhkəmənin qərarı ilə Anar Nehmətli 30 gün müddətinə həbs olunub.