Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda birinci Xəzər İnnovasiya Konfransı keçirilib YENİLƏNİB

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 4-7-də keçirilən “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində birinci Xəzər İnnovasiya Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın bundan sonra ənənəvi olaraq hər il “Bakutel” beynəlxalq sərgisi çərçivəsində təşkil olunması nəzərdə tutulur.

Tədbir “Genişzolaqlı bağlantı”, “Süni intellekt”, “Əşyalar interneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” kimi mövzuları əhatə edib.

İKT sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışların müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsünü Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi irəli sürüb.

Belə bir təşəbbüsə səbəb Beynəlxalq Telekommunikasiya İttifaqının hesablamalarına əsasən, dünya əhalisinin 52 faizinin və ya 3,7 milyard insanın hələ də internetə çıxışının olmaması, rəqəmli fərqin aradan qaldırılması və inkişaf edən texnologiyaların tətbiqi üçün qurulacaq və ya təkmilləşdiriləcək infrastrukturun həcminin böyük və bahalı olmasıdır.

Xəzər İnnovasiya Konfransında çıxış edən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, ilk dəfə təşkil olunan Xəzər İnnovasiya Konfransının mövzusu təsadüfi seçilməyib. Çünki dünyanın müxtəlif regionlarında, o cümlədən Xəzər və Qara dəniz regionu ölkələrində yeni elektron xidmətlərin, innovativ həllərin tətbiqi ilk növbədə dayanıqlı infrastrukturun qurulması və davamlı inkişaf etdirilməsini şərtləndirir. O qeyd edib ki, bunu nəzərə alaraq, builki konfransın mövzusu “Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” kimi müəyyən olunub.

Nazir bildirib ki, simsiz genişzolaqlı şəbəkələrin dinamik inkişafına baxmayaraq, genişzolaqlı sabit şəbəkələr əhəmiyyətini qorumaqdadır: “Bildiyiniz kimi, simsiz genişzolaqlı şəbəkələr hələ də sabit şəbəkələrdən daha az trafik daşıyırlar və adətən daha aşağı sürət və etibarlılıq təklif edirlər. Bundan əlavə, mobil datanın artması faktiki olaraq sabit şəbəkələrə tələbatın artmasına səbəb olur. Elektrik və su təchizatı kimi, genişzolaqlı bağlantı infrastrukturu da artıq kritik infrastruktur hesab olunur və Azərbaycan Respublikası hökuməti ölkədə genişzolaqlı infrastrukturun qurulması, mövcud infrastrukturun təkmilləşdirilməsi və dayanıqlığının təmin olunması istiqamətində davamlı addımlar atır, GPON və LTE texnologiyalarının geniş tətbiqini nəzərdə tutan layihələr həyata keçirir”, - deyə nazir vurğulayıb.

Nazir, həmçinin qeyd edib ki, görülən işlər sayəsində Azərbaycanda mobil rabitə abunəçilərinin sayı ölkə əhalisinin 106 faizini təşkil edir. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 68 faizində kompüter mövcuddur. Simsiz genişzolaqlı internet istifadəçilərinin nisbəti 73 faiz təşkil edir.

R.Quluzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, 2020-ci ilədək 700-800 MHz tezlik diapazonunun LTE xidmətləri üçün ayrılmasının nəzərdə tutulduğunu bildirib. “Hazırda bununla bağlı tərəfimizdən texniki hazırlıq işləri həyata keçirilir, həmçinin beynəlxalq təcrübəyə əsasən radiotezliklərin hərraclar vasitəsilə ayrılması üçün qanunvericiliyə dəyişikliklər üzrə təkliflər paketi hazırlanır”.

Nazir deyib ki, aşağı tezlik diapazonunun auksion əsasında LTE xidmətləri üçün ayrılması telekommunikasiya operatorlarının investisiya xərclərini azaldacaq, telekommunikasiya bazarının daha da liberallaşmasına və LTE texnologiyalarının geniş tətbiqinə şərait yaradacaq.

O eyni zamanda vurğulayıb ki, Azərbaycan Respublikası hökuməti region ölkələrində, xüsusilə açıq dənizlərə çıxışı olmayan ölkələrdə genişzolaqlı infrastrukturun inkişafına töhfə verəcək layihələrin təşəbbüskarı qismində çıxış edir.

“Bu məqamda mən təşəbbüskarı olduğumuz və BMT Baş Məclisinin 3 qətnaməsi ilə dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı”, qısaca TASİM layihəsinə xüsusi toxunmaq istərdim. TASİM layihəsinin məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurt şəhərindən Honkonq şəhərinə istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. TASİM layihəsinin reallaşdırılması Avrasiyada, xüsusilə də açıq dənizlərə çıxışı olmayan ölkələrdə rəqəmsal uçurumun aradan qaldırılmasına xidmət edəcək. Əminəm ki, TASİM və Xəzər İnnovasiya Konfransı kimi təşəbbüslər region ölkələrində rəqəmsal həllərin inkişafına və regional əməkdaşlığa öz töhfəsini verəcək”, - deyə nazir əlavə edib.

Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Şahzad Gul Ayrobi bildirib ki, hazırda Avrasiyada bir çox ölkənin açıq dənizə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışı yoxdur. Bu baxımdan Xəzər İnnovasiya Konfransı rəqəmsal bağlantı həllərinin biznes çevrələrinə və vətəndaşlara verəcəyi töhfələr baxımından böyük əhəmiyyətə malikdir. Konfrans İKT sektorunda qlobal çağırışların və yeni nailiyyətlərin müzakirəsi üçün əlverişli platformadır. O, dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in əhəmiyyəti və üstünlüklərindən də danışıb.

Xəzər İnnovasiya Konfransının Şərq və Qərb arasında körpü rolunu oynadığını deyən İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi bildirib ki, Bakıda keçirilən bu əhəmiyyətli konfrans regionun potensialını ortaya çıxaracaq. Azərbaycan, Türkiyə, Rusiya və İran arasında İKT sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, innovasiya tətbiqlərinin genişləndirilməsi qlobal əhəmiyyət daşıyır. Bu dörd dövlət regionda startapların təşkil edilməsində də mühüm addımlar ata bilər.

Onun sözlərinə görə, İKT sənayesində innovasiyaların tətbiqi dinamik inkişaf üçün yeni imkanlar açır. Bu gün startaplar dünyanın, eləcə də İranın innovativ inkişafının əsas konturlarını müəyyən edir. İranda startapçılar tərəfindən 10 mindən çox tətbiq yaradılıb. “Biz Azərbaycanla mütəmadi olaraq startaplara zəruri dəstəyin göstərilməsi sahəsində birgə əməkdaşlığı müzakirə edirik. Bugünkü tədbirə və Xəzər İnnovasiyalar Konfransının təşəbbüsünə görə təşəkkür edirəm, konfransın davamlı olacağına ümid edirəm və qeyd etmək istəyirəm ki, İran bu beynəlxalq tədbirin işinə dəstək verəcək”.

Nazir qeyd edib ki, “Bakutel” sərgisi texnologiya sahəsində iqtisadi münasibətlərin inkişafına, qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin şirkətlər üçün də yeni müstəviyə çıxarılmasına təkan verən sərgidir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan isə deyib ki, ölkəsi İKT sahəsində mühüm nailiyyətlər əldə edib: “Bu konfrans regionda və qlobal miqyasda İKT sektorunun iştirakçısı olan şirkətlərin təcrübə mübadiləsi aparmalarına töhfə verəcək. Həmçinin bu platforma yeni əməkdaşlıqlara vəsilə olacaq”.

Nazir “Bakutel-2018” sərgisində İKT sektoru üzrə təqdim olunan ən son yenilikləri yüksək qiymətləndirib. O bildirib ki, Türkiyə Azərbaycanda bütün sahələrdəki inkişafı təqdir edir və eləcə də, İKT sektorundakı inkişafı yüksək qiymətləndirir.

“Huawei Technologies” şirkətinin vitse-prezidenti Qreqori Foks öz çıxışında bildirib ki, bu gün bütün dünyada sənaye rəqəmsallaşdırılır. Təşkilatlar, dövlət strukturları bu rəqəmsallaşdırılmanın əsas iştirakçılarıdır. Onun sözlərinə görə, müşahidələr göstərir ki, 2020-ci ilədək dünya iqtisadiyyatı sürətlə inkişaf edəcək.

Regional platforma rolunu oynayan konfrans işini “Dayanıqlı inkişafın təmin edilməsində genişzolaqlı bağlantının rolu: çağırışlar və imkanlar” və “Genişzolaqlı mobil internetin gələcəyi: 5G və sonrası” mövzularında plenar sessiyalarla davam etdirib. Sessiyalarda İKT sektorunun iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışlar müzakirə olunub.

Sessiyalarda Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Regionu üzrə iqtisadi və sosial Komissiyasında İnformasiya və Kommunikasiya texnologiyaları və inkişaf bölməsinin rəhbəri Atsuko Okuda, “Cisko Systems” şirkətinin ölkələrin rəqəmsalaşdırılması üzrə Akselerasiya Proqramının qlobal əməliyyatlar direktoru Enriko Albertin, “Türk Telekom” International şirkətinin baş icraçı direktoru Mehmet Toros, “Türkcell” şirkətinin baş icraçı direktoru Kaan Terzioğlu və digərləri mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təxminlərinə görə, növbəti 1.5 milyard insanın bağlantı ilə təmin edilməsi təqribən 450 milyard ABŞ dolları həcmində vəsait tələb edir.

GSM Assosiasiyasının təxminlərinə əsasən isə, 2020-ci ilədək dünya əhalisinin 4.1 milyardı LTE xidmətlərindən istifadə edəcək. Həmçinin, ehtimallara görə, 2021-ci ildə “5G” xidmətlərindən istifadə edənlərin sayı 740 milyona çatacaq.

Bütün bunlarla yanaşı, Avrasiyanın bir çox ölkəsinin açıq dənizlərə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışının olmadığı bir şəraitdə rəqəmli bağlantı həlləri biznes dairələrinə və vətəndaşlara verəcəyi töhfələr baxımından çox böyük əhəmiyyətə malikdir.

Xəzər İnnovasiya Konfransı da məhz rəqəmli fərqliliyin azaldılması, xarici investisiyalar üçün rəqəmli bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO