BAKIDA I BAVARİYA-AZƏRBAYCAN İQTİSADİ FORUMU KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Alman-Azərbaycan İqtisadi Birliyi mayın 15-də Bakıda I Bavariya-Azərbaycan iqtisadi forumunu keçirəcəkdir.
Forumla əlaqədar mayın 14-də Bavariyanın İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və Texnologiyalar Nazirliyinin xarici iqtisadiyyat və istehsalat məkanlarının marketinq şöbəsi direktorunun müavini Fark Sengerin rəhbərliyi ilə Bavariya sahibkarlarından ibarət 35 nəfərlik nümayəndə heyəti Bakıya gələcəkdir. Onlar, əsasən, tikinti və infrastruktur sektorunu, memarlıq, planlaşdırma, şəhərsalma, maşınqayırma, enerji və su təchizatı, metal emalı, turizm, ətraf mühitin mühafizəsi texnikası və loqistika sahəsini təmsil edirlər.
Sahibkarlar və mütəxəssislər arasında fikir mübadiləsinin aparılması məqsədi ilə açılış mərasimindən sonra “Azərbaycanda tikinti sənayesi” mövzusunda dəyirmi masa keçiriləcəkdir.
Xatırladaq ki, Almaniya-Azərbaycan iqtisadi münasibətləri dinamik inkişaf edir. 2007-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 38,3 faiz artaraq 1milyard 532 milyon avroya çatmışdır.
Bavariyalıların səfəri mayın 18-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]