BAKIDA İSLAM KONFRANSI TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN TUROPERATORLARININ FORUMU KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, aprelin 13-də Bakıda İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turoperatorlarının forumu açılacaqdır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, forum “İpək yolu” layihəsi çərçivəsində keçirilir.
Forumun işinin birinci günü turizm nazirlərinin 5-ci İslam konfransının sədri, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Ümumdünya Turizm Təşkilatının və forumun iştirakçısı olan ölkələrin nümayəndələrinin çıxışları olacaq, müxtəlif mövzularda sessiyalar keçiriləcəkdir.
Aprelin 14-15-də forum iştirakçıları Qəbələ və Şəkidə olacaq, oranın görməli yerləri və istirahət obyektləri ilə tanış olacaqlar. Aprelin 16-da qonaqlar 7-ci Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin açılışı mərasimində iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]
Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür
- 05.06.2026 [10:53]
Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır
- 05.06.2026 [10:37]