Bakıda keçiriləcək dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb
Bakı, 30 yanvar, AZƏRTAC
Beynəlxalq Gimnastika Federasiyası (FIG) bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan batut gimnastikası, tamblinq və ikili minibatut üzrə 35-ci dünya çempionatının və 28-ci dünya yaş qrupları turnirlərinin yeni tarixlərini açıqlayıb.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, FIG-nin İcra Komitəsinin qərarına əsasən, həmin yarışlar əvvəl planlaşdırıldığı tarixlərdən bir həftə gec keçiriləcək. Bu dəyişiklik FIG-nin seçki konqresinin 2020-ci ilin oktyabrından 2021-ci ilin noyabrına keçirilməsi ilə əlaqədardır. FIG-nin bu qərarı milli federasiyalara hər iki tədbirdə iştirak etmək imkanı verəcək.
Beləliklə, batut gimnastikası, tamblinq və ikili minibatut üzrə 35-ci dünya çempionatı noyabrın 18-21-də, 28-ci dünya yaş qrupları yarışları isə ayın 26-29-da təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]