Bakıda keçirilən dünya kuboku yarışında qadın batutçular mübarizəyə başlayıblar
Bakı, 12 fevral, AZƏRTAC
Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışında qadın gimnastlar mübarizəyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, 21 qadın batutçu 3 qrupda mübarizə aparacaq.
Azərbaycan təmsilçisi Selcan Mahsudova ikinci qrupda yarışacaq.
İki gün davam edəcək yarışda 14 ölkədən 63 idmançı iştirak edir.
Dünya kuboku yarışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilir.
Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.