Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb VİDEO
Bakı, 30 aprel, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının paytaxtın Yasamal rayonunda keçirdikləri tədbir zamanı Cəbrayıl rayon sakini Şahruq Şavruqov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 107 qram heroin, 12 qram psixotrop maddə metamfetamin, 1 ədəd “SUR-2608” markalı tapança və 1 beşbarmaq aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Şahruq Şavruqovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.