İQTİSADİYYAT
Bakıda Rusiya şirkətlərinin onlayn təqdimatı keçirilib
![Bakıda Rusiya şirkətlərinin onlayn təqdimatı keçirilib](/files/2022/3/1200x630/16667030683379060759_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Bakıda süni intellekt, əlavə reallıq texnologiyaları və təhsil innovasiyaları sahəsində unikal qərarlar hazırlanması üzərində işləyən Rusiya şirkətlərinin onlayn təqdimatı keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyinin və Bakıdakı Rus Evinin dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı qismində Moskva İnnovasiyalar Agentliyi çıxış edib.
Tədbirə toplaşan biznes cəmiyyəti nümayəndələrini Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və Moskva İnnovasiyalar Agentliyinin İnnovasiyalı qərarların pilot testləşdirmə proqramının rəhbəri Svetlana Boqaçova-Urnışeva salamlayıb.
Tədbir çərçivəsində Azərbaycanın dövlət strukturlarını, biznes cəmiyyətini və təhsil müəssisələrini təmsil edən qonaqlar Rusiya şirkətlərinin təqdimatı ilə tanış olub, onları maraqlandıran suallara cavab alıblar.