İQTİSADİYYAT
Bakıda təmir olunan Türkmənistan gəmisinin təmiri yaxın zamanlarda başa çatacaq
Bakı, 6 aprel, AZƏRTAC
Bakıda təmir olunan Türkmənistana məxsus “Berkarar” gəmisinin təmiri yaxın zamanlarda başa çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev deyib.
Qeyd edək ki, Türkmənistan Respublikasının Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda təmirə dayanıb.
Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əsas fəaliyyət istiqaməti “AXDG” QSC-yə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, texniki vasitələr hazırlamaqdan ibarətdir.