İQTİSADİYYAT
Bakıda ticarət dövriyyəsinin həcmi 5 faiz artıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 21 milyard 521 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 11 milyard 722,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,2 faiz artaraq 9 milyard 798,9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 37,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2024 [20:09]
Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir
- 08.10.2024 [19:53]
“Azərişıq” Tovuzda sahibkarlarla görüşüb
- 08.10.2024 [17:38]
® “AccessBank”dan yüksək gəlirli 12 faizlik əmanət fürsəti!
- 08.10.2024 [17:35]
Səbail rayonu ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
- 08.10.2024 [15:45]