BAKIDA YENİ UŞAQ BAĞÇALARININ BİNALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 9-da Bakının Sabunçu rayonunun Kürdəxanı və Suraxanı rayonunun Ramana qəsəbələrində uşaq bağçaları üçün yeni tikilmiş binaların açılış mərasimləri keçirilmişdir.
Prezident İlham Əliyevin imzaladığı “Bakı şəhərinin qəsəbələrinin sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı” çərçivəsində inşa edilmiş uşaq bağçaları bütün lazımi avadanlıqla təchiz olunmuşdur.
Mərasimlərdə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışmış, məktəbəqədər təhsilin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini bildirmişdir.
Sonra tədbir iştirakçıları müasir tələblərə cavab verən yeni uşaq bağçalarında yaradılan şəraitlə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]