ELM VƏ TƏHSİL
Bakıdakı Rus evi dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirib
Bakı, 17 sentyabr, AZƏRTAC
Bakıdakı Rus Evi ardıcıl dördüncü dəfədir ki, “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” kampaniyası çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərindən olan 250-dən çox gələcək birinci sinif şagirdinə məktəb ləvazimatları olan bel çantaları hədiyyə edib.
AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə istinadla xəbər verir ki, bu il işıq üzü görməsinin 55 illiyini qeyd edən “Çeburaşka” cizgi filminin baş qəhrəmanı olan yumşaq oyuncaq hədiyyəsi bu il xoş sürpriz olub.
Kampaniya tədbirləri Bakı, Gəncə, Xaçmaz, Sumqayıt, Lənkəran, Saatlı, Sabirabad, Qusar və İsmayıllı rayonunun İvanovka kəndində keçirilib.
Aksiyaya Bakıdakı Rus evində sentyabrın 2-də təntənəli start verilib. Bundan sonra Rus evi komandası ölkənin gələcək birinci sinif şagirdlərinin onları gözlədiyi bölgələrə yollandı.