İQTİSADİYYAT
“BakuBus” MMC-nin yeni marşrut avtobusu işə başlayır VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-dən etibarən “BakuBus” MMC-nin 2 nömrəli marşrut avtobusu iki gün test rejimində, oktyabrın 19-dan isə tam olaraq fəaliyyətə başlayacaq.
2 nömrəli marşrut avtobusunun hərəkət cədvəli -“20 Yanvar” metro stansiyasi-Tbilisi prospekti-C.Cabbarlı küçəsi-Ş.Qurbanov küçəsi-Ş.Bədəlbəyli küçəsi-S.Rüstəm küçəsi-D.Əliyeva küçəsi-Puşkin küçəsi-Neftçilər prospekti-Y.Səfərov küçəsi-Heydər Əliyev prospekti-İ.Hidayətzadə küçəsi-Çernyayevski küçəsi-A.Neymətulla küçəsi-Təbriz küçəsi-“N.Nərimanov” metro stansiyası-Ə.Rəcəbli küçəsi-“Elit” ticarət mərkəzi-Ə.Rəcəbli küçəsi-Z.Bünyadov prospekti-Atatürk prospekti-Z.Bünyadov prospekti-Arxiv idarəsi istiqamətində olacaq.
Əks istiqamət isə Arxiv idarəsi-Z.Bünyadov prospekti-Atatürk prospekti-Z.Bünyadov prospekti-Ə.Rəcəbli küçəsi-“N.Nərimanov” metro stansiyası-Təbriz küçəsi-A.Neymətulla küçəsi-Heydər Əliyev prospekti-Y.Səfərov küçəsi-Ü.Hacıbəyov küçəsi-Puşkin küçəsi-D. Əliyeva küçəsi-S.Rüstəm küçəsi-Füzuli küçəsi-Ş.Qurbanov küçəsi-Z.Əhmədbəyov-Tbilisi prospekti-“20 Yanvar” metro stansiyasi olacaq.