Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Balakənin təbii gözəllikləri və zəngin tarixi-memarlıq abidələri xarici turistlərin diqqətini cəlb etmək baxımından mühüm əhəmiyyətə malikdir

Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması bu sahədə çalışan hər kəsin qarşısında yeni vəzifələr qoyur.

Məlumdur ki, turizm sosial və iqtisadi əlaqələri tənzimləyən, ölkələr arasında qarşılıqlı münasibətlərə təkan verən, mədəni-siyasi və kulturoloji funksiyaları realizə edən, biznes maraqlarının əhatə dairəsini genişləndirən bir sahədir. Turizmin inkişafı regionlarda yerli əhalinin sosial durumuna müsbət təsir göstərir və bu istiqamətdə bir çox məsələlərin həll edilməsinə şərait yaradır. Buraya yeni iş yerlərinin açılmasını, ticarətin və daxili bazarın genişlənməsini, ümumiyyətlə, bütün xidmət sahələrinin səviyyəsinin yüksəlməsini aid etmək olar.

Müasir dünyada cərəyan edən maliyyə-iqtisadi böhran şəraitində turizm axınının coğrafiyası dəyişilmişdir. Misir, Tunis, Tailand, Avstraliya və s. ölkələrdə baş verən siyasi münaqişələr və təbii fəlakətlər xarici turistlərin bu gün ictimai-siyasi sabitliyin tam bərqərar olunduğu respublikamıza cəlb edilməsi imkanlarını artırır. Məsələn, hər il Misirdə 1,5 milyondan çox Rusiya vətəndaşı istirahət edir. Təbii ki, bu ölkədə baş vermiş məlum hadisələrlə bağlı yaranmış qeyri-sabitliklə onların bir qismi növbəti istirahət mövsümündə yeni turizm mərkəzləri axtarmaq məcburiyyətində qalacaqdır. Belə bir şəraitdə Azərbaycanda turizmin inkişafının prioritet istiqamət alması üçün yeni bir münbit şərait yaranır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda bu sahəni irəli aparmaq üçün kifayət qədər potensial vardır. Bunu deməyə respublikamızın bölgələrinin təbii gözəlliklərlə zənginliyi, xarici vətəndaşlar üçün maraq doğuracaq tarixi-memarlıq abidələri əsas verir. Belə bölgələrdən biri də Balakən rayonudur.

Rayonun ərazisi şimalda və şimal-qərbdə dağlıq, cənubda isə düzənlikdir. Dağlar başdan-başa meşə örtüyünə bürünmüşdür. Ən hündür dağların zirvələri avqust ayına qədər qarlı olur. Bu da dağ turizmi və idman növlərinin, o cümlədən turistlərin daha çox maraq göstərdikləri alpinizmin inkişafına şərait yaradır. Həmçinin, Zaqatala Dövlət Qoruğunun üçdə iki hissəsinin Balakən rayonu ərazisində yerləşməsi bu sahədə əlavə perspektivlər vəd edir.

Zəngin ehtiyatlara malik Balakən meşələrində fıstıq, palıd, şabalıd, Eldar şamı, ağ şam, qara şam, cökə, vələs, qoz, qızılağac, lapan, qovaq, yalanqoz, göyrüş, fındıq, Qafqaz xurması, dəmir ağac və s. bitir. Bu meşələrdə tibbi əhəmiyyət daşıyan 150 növ dərman bitkisi vardır ki, bunun da 80 növünün ehtiyatı külli miqdardadır. Bunlardan itburnu, altey (gülxəmi), dağ zanbağı, yemişan, kəndəlaş, su bibəri, yarpız, nanə, kar gicitkən, andız, qızılçətir, baldırğan, biyan, göyəm, dazı otu, kalina, üçyarpaq yonca, zirinc, çay tikanı, qaragilə, Qafqaz rododendromu (jenşen), moruq, böyürtkən, kəklik otu, çobanyastığı, bağayarpağı, əvəlik, razyana və s. göstərmək olar.

Azərbaycanın bu səfalı guşəsində müalicə məqsədi ilə istifadə oluna biləcək təbii süfrə və kükürdlü sular kifayət qədərdir.

Rayon tarix-diyarşünaslıq muzeyinin “Min bir dərdin dərmanı” guşəsində 102 növ dərman bitkisinin izahlı kolleksiyası, “Yerüstü və yeraltı sərvətlərimiz” guşəsində isə 46 növ oduncaqlı ağaclardan xüsusi hazırlanmış nümunələr, mebel taxtası hissəcikləri, rayondakı Filizçay polimetal yataqlarından gətirilmiş filiz nümunələri nümayiş etdirilir. Bütün bunlar rayona səfər edən hər bir insanda maraq doğurmaya bilməz. Rayonun toxunulmamış meşə sahələri turizmin inkişafı üçün əlverişli perspektivlər açır. Ərazidə turistlərin mənalı istirahət edə biləcəyi əvəzsiz təbiət guşələri istənilən qədərdir.

Rayonda son illər turizmin inkişafı ilə bağlı xeyli işlər görülmüşdür. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərmək və turizmi inkişaf etdirmək məqsədi ilə aparılan böyük quruculuq işləri artıq başa çatmışdır. Parkda uşaq və yeniyetmələrin, gənclər və ahılların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılmış, attraksionlar yerləşdirilmiş, 1200 metrlik kanat yolu çəkilmişdir. Bakı-Şamaxı-İsmayıllı-Balakən turizm marşrutu reallaşdığından Balakən rayonunda 12 turizm marşrutu üzrə zonalar müəyyənləşdirilmişdir.

Rayon ərazisindəki tarixi-mədəniyyət abidələrini və təbii şəraiti nəzərə alaraq burada ekoloji, ekzotik, təbiət və idman (ovçuluq, deltaplan, piyada, atçılıq), ailə turizmini inkişaf etdirmək mümkündür.

Bir sözlə, Balakən çox zəngin tarixə malikdir. Rayonda dövlət qeydiyyatından keçmiş 26 tarixi-mədəniyyət abidəsi və 32 yeni aşkar olunmuş abidə mövcuddur. Qeydə alınmış abidələr inventarlaşdırılmış, qoruyucu lövhələr vurulmuşdur. Həmin abidələrdən 2-si ölkə əhəmiyyətli memarlıq, 7-si ölkə əhəmiyyətli arxeoloji, 17-si isə yerli əhəmiyyətli abidələrdir. Bu abidələrin nəinki yerli turistlərdə, eləcə də xarici turistlərdə maraq doğuracağı şübhəsizdir.

Turizmə təkcə gəlir gətirən bir sahə kimi baxmaq düzgün olmazdı. Bu sahə həm də ölkəmizi dünyada tanıtmaq baxımından əhəmiyyətlidir. Bunun üçün kifayət qədər memarlıq abidələrimiz mövcuddur. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamda da bu məsələyə toxunulmuşdur. Bu baxımdan, Balakənin tarixi abidələri rayonda arxeoturizmin inkişafına da geniş meydan aça bilər.

Elçin Hüseynov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şuşada Beynəlxalq Sahibkarlar Forumunun sonuncu paneli keçirilib

Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edib

TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək

Baş Prokurorluq: Gəmi zavodunun 5 əməkdaşının ölməsi ilə bağlı araşdırma aparılır

Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olunub

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüş keçirilib

Baş nazir Əli Əsədov Minskdə "Belagro 2024" sərgisi ilə tanış olub

Beynəlxalq Sahibkarlar Forumu çərçivəsində növbəti panel keçirilib

Diplomatlar üçün “Xarici Siyasət Proqramı”na başlanılıb

Ağcabədi kümçüləri mövsümün ilk günündə 578 kiloqram barama təhvil veriblər

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Respublika Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycanda 17-ci humanitar missiyası başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 5 əməkdaşı qazdan zəhərlənərək ölüb

Naxçıvanda beynəlxalq elmi-praktik konfrans keçirilir

Zoomorfik təsvirlərin sirləri: türk mədəniyyəti abidələri - MƏQALƏ

Prezident Administrasiyasının rəhbəri Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib

Rektor: Texnologiya və yaradıcı sənayelərin yaxınlaşması XXI əsrin çağırışlarının həllində böyük əhəmiyyət kəsb edir

Azərbaycanın Müstəqillik Günü Avstraliyanın Brisben şəhərində qeyd olunub

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Xeyriyyə Yaradıcılıq Yarmarkası keçirilib

Azərbaycan Braziliyada Beynəlxalq Milli Mətbəx və Mədəniyyət sərgisində təmsil olunub

Panel müzakirə: Startapların və gələcək inklüziv texnologiyaların önəmi

Ötən ay Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə 12 min 733 müraciət daxil olub

Şərqşünaslıq İnstitutu ilə Çinin elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

Ailə Məcəlləsinə dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub

® Keyfiyyət və qiymət baxımından avtomobil bazarında yeni qaydalar təyin etməyə hazır iki Çin brendi artıq rəsmi olaraq Azərbaycanda

Nobel mükafatı laureatı Əziz Səncər UNEC-də olub

İsrailli jurnalist Vardanyanın həbsdə olmasını əsaslandırıb

AQC sədri CAATS prezidenti seçilib

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında yeni qərarlar qəbul edilib

Texnologiya Universiteti ilə “Coca-Cola Azərbaycan” şirkəti arasında memorandum imzalanıb

“Gələcəyin mühəndisi” V respublika müsabiqəsinin qalibləri müəyyənləşib

Türkiyədə anomal istilər özünü kəskin şəkildə göstərməyə başlayıb

Rəşad Əzizov: Sahibkarlığı və yaradıcılığı bir araya gətirsək, bu sahədə sürətli tərəqqiyə nail ola bilərik

FLNKS Fransa prezidentini sözünün üstündə durmağa çağırıb

Myanmada toy keçirilən yer bombalanıb, 27 nəfər ölüb

Balakənli kümçülər iki gündə 700 kiloqramadək yaş barama təhvil veriblər

Dünyaca məşhur “Ovod” M.Teatrın səhnəsində

Əli Əsədov: Ərzaq təhlükəsizliyinin təmini Azərbaycanın dövlət iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib

AzMİU-da fənn olimpiadalarının qaliblərinə diplomlar təqdim olunub

MMU-da NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində icmal görüşü keçirilib

Məşğulluq və əmək pensiyası haqqında qanunlara dəyişikliklərlə bağlı qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub

Çempionlar Liqasında mövsümün simvolik komandası açıqlanıb

Qəbələdəki beynəlxalq basketbol turnirinin qalibi müəyyənləşib

“Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında” 2 №-li (DYP) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 26 fevral tarixli 9/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Tottenhem”in futbolçusu qarət olunub

Reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri dəqiqləşib

BDU-nun rektoru: Biz sahibkarlıqla bağlı təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik

Azərbaycan MDB ölkələrinin Gənclər Teatr Forumunda təmsil olunur

® “Unibank”ın dəstəyi ilə uşaqlar üçün bayram tədbiri keçirilib

Mərkəzi Bank BVF ilə pul siyasətinin transmissiyasının yaxşılaşdırılmasını müzakirə edib

AMEA-da Nobel mükafatı laureatı Əziz Səncərə həsr olunmuş Xüsusi iclas keçirilib

Hulusi Kılıç: Azərbaycanın COP29-a sədrliyini qaralamaq cəhdləri uğursuzluğa məhkumdur

GDU-da yaz imtahan sessiyası başlayıb

Hesablama Palatası və Çinin Milli Auditi Ofisi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Çempionlar Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşib

Tarla seminarında “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi” mövzusu müzakirə olunub

BMU-nun professor-müəllim heyəti abituriyentlərlə görüşüb

Naxçıvanda taxıl anbarı kompleksinin fəaliyyətinin genişləndirilməsinə güzəştli kredit ayrılıb

Şuşada Beynəlxalq Sahibkarlar Forumu işə başlayıb

Bakıda “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Xidmət rəisi: Xüsusilə İslam dininə məxsus abidələr ya tamamilə dağıdılıb, ya da təhqir edilib

Bu həftəsonu Şamaxıda Hava Şarları Festivalı keçiriləcək

Mədəniyyət naziri tərəfindən İmişlidə keçiriləcək vətəndaşların qəbulu tarixi müəyyənləşib

® “Azerconnect Group” Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır

Tələbələr narkomaniyanın mənfi təsirləri barədə maarifləndiriliblər

Çexiyalı nazir əməkhaqqını təkcə kronla deyil, həm də avro ilə ödəməyi təklif edib

Təkcə Rusiya bazarlarına 900 TIR-dan çox Cəlilabad kartofu daşınıb - məhsul boldur FOTO

Pul bazası azalıb

Muzeyin əməkdaşı Qazaxıstanda beynəlxalq elmi-praktik konfransda çıxış edib

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

® ABB yeni imic filmini təqdim edib

Azərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıb

Lord David Evans: Azərbaycan COP29-da çox böyük uğur qazanacaq

Ötən ay BŞTİ-yə 15 min 470 vətəndaş müraciəti daxil olub

On beş gün ərzində Elm və Təhsil Nazirliyinə 59 mindən çox vətəndaş müraciət edib

Balakəndə qanvermə aksiyası keçirilib

DİM və Mədəniyyət Nazirliyinin birgə keçirdiyi imtahanların nəticələri açıqlanıb

Londonda təhsil alan azərbaycanlı gənc Altsheymer xəstəliyinin müalicəsi üçün yeni həll yolları axtarır – MÜSAHİBƏ

Rus Dram Teatrının səhnəsində “Kresloda əyləşən kişiyə sevgi etirafı” tamaşasının premyerası olub

Könüllülər və azarkeşlər sayəsində idmançıların uğurları daha da artacaq

Növbəti mövsüm Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə apara bilər

Bakıda Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib

Alimlər kəkələmənin mənbəyini müəyyənləşdiriblər

Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskə işgüzar səfərə gəlib

Çempionlar Liqasının 2023-2024-cü illər mövsümünün ən yaxşı oyunçusu bəlli olub

Azərbaycan məktəbliləri İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalında iştirak edirlər

Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb

Azərbaycan basketbol millisi Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb

Elmi-Tədqiqat Pediatriya İnstitutunda ana südünün əhəmiyyəti ilə bağlı maarifləndirici seminarlar keçirilib

Nazir müavini: Vokalçıların Bülbül adına müsabiqəsinin laureatları dünyanın ən yaxşı səhnələrində çıxış edirlər

“SOCAR Türkiyə” İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib

Azərbaycan avarçəkənləri Qazaxıstandakı turnirdə 8 medal qazanıblar

ANAMA: Ötən ay 4839,3 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

İçərişəhərdə “Uşaqlar üçün İrs” festivalı başa çatıb

Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

AZAL-ın Rumıniyaya birbaşa uçan təyyarəsi Buxarest aeroportuna eniş edib VİDEO

“Qərbi Azərbaycana qayıdış” mövzusunda intellektual yarış keçirilib