BANK MÜTƏXƏSSİSLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 11-də Beynəlxalq Mətbuat Mərkəzində “Allianz Group” şirkətinin təşkilatçılığı ilə “Böyük Bank Testləri (BBT) - attestasiya, dəyərləndirmə, tədris və personalın ixtisasının artırılması texnologiyası” mövzusunda seminar keçirilmişdir.
Tədbirdə bildirilmişdir ki, Yekaterinburq şəhərinin “VEP” şirkəti tərəfindən Rusiya bankları əməkdaşlarının təlimi üçün hazırlanmış BBT Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılmışdır. BBT bank əməkdaşlarının tədrisini və qiymətləndirilməsini nəzərdə tutan çoxfunksiyalı proqramdır. 350 testdən ibarət BBT müxtəlif ixtisaslı bank əməkdaşları üçün nəzərdə tutulmuşdur və hər bir test 20-dən 60-dək sualdan ibarətdir. İştirakçı göstərilmiş 6 cavabdan düzgün olanını tapmalıdır.
Sonda “VEP” şirkətinin nümayəndəsi Aleksandr Derendyayev iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.