“BANK RESPUBLİKA” MAYIN NƏTİCƏLƏRİNƏ YEKUN VURMUŞDUR
AZƏRTAC xəbər verir ki, “Bank Respublika”nın aktivləri ilin əvvəlindən 16,5 faiz artaraq iyunun 1-nə 295 milyon manat, kredit portfelinin məbləği isə 33 faiz artaraq 211,9 milyon manata çatmışdır.
Yanvar-may aylarında müştərilərin depozitləri hesabat dövründə 132,5 milyon manat, əmanətlərin məbləği 62,1 milyon manat, məcmu kapitalı 34,1 milyon manat, nizamnamə kapitalı 12,6 milyon manat, gəlirləri 20,8 milyon manat, xərcləri 15,9 milyon manat, balans mənfəəti isə 4,9 milyon manat təşkil etmişdir.