Bavariyada 6,5 min il yaşı olan skelet tapılıb
Bakı, 7 mart, AZƏRTAC
Arxeoloqlar Almaniyanın Bavariya federal bölgəsində neolit dövründə yaşamış gənc insanın yaxşı qalmış skeletini tapıblar.
AZƏRTAC “Welt” nəşrinə istinadla xəbər verir ki, alimlərin Fred adlandırdığı skeletin yanında, həmçinin daş balta və dənli bitkinin toxumu aşkarlanıb. Skeletin yaxşı vəziyyətdə qalması torpaqda kalsium oksidinin yüksək konsentrasiyada olması ilə izah edilir.
Qazıntılar çaxır istehsalı kooperativinin ərazidə obyekt tikintisi ilə bağlı planları çərçivəsində aparılıb. Arxeoloqlar bu məqsədlə 13 min kvadratmetr ərazini tədqiq ediblər. Qazıntıların aparıldığı rayonda saxsı qablar və qida qalıqları aşkarlanıb. Burada 4,5 min il bundan öncə yaşamış 12 yaşlı oğlan uşağının skeleti də tapılıb.
Bavariya Almaniyanın arxeoloji tapıntıların dövlətə deyil, torpaq sahiblərinin mülkiyyətinə verilən yeganə federal torpağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [13:14]
Çin eyni raketlə orbitə 7 peyk göndərib
- 25.08.2026 [12:42]
Axtarışda olan 60 cinayətkar Türkiyəyə ekstradisiya edilib
- 25.08.2026 [12:37]
Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır
- 25.08.2026 [12:34]
Qırğızıstanda Köçəri Oyunları ilə əlaqədar gümüş sikkə buraxılıb
- 25.08.2026 [12:07]
Qazaxıstan MSK Qurultaya seçkilərdə səsvermənin nəticələrini açıqlayıb
- 25.08.2026 [12:05]
Litvada iki min hərbçi üçün modul düşərgə inşa ediləcək
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin İrana 5 sahədə sanksiyalar tətbiq etdiyi məlum olub – YENİLƏNİB
- 24.08.2026 [23:30]
İsmayıllıda avtomobil aşıb, sürücü ölüb
- 24.08.2026 [22:45]